6 C
Baku
Monday, December 16, 2024

“Shell” neft yataqlarının kəşfiyyatında süni intellektdən istifadə edəcək

Böyük Britaniyanın neft-qaz şirkəti “Shell” dənizin dərinliklərində kəşfiyyat işləri üçün süni intellekt alqoritmlərini tətbiq edəcək. Süni intellektə əsaslanan texnologiya bu sahədə liderlədən biri olan “SparkCognition”a məxsusdur.

Alqoritm neft yataqlarının axtarışında istifadə olunan böyük həcmdə seysmik məlumatları emal edəcək və təhlil edəcək.

“Biz kəşfiyyatın yeni yollarını tapmağa, onları yenidən düşünməyə çalışırıq”, – deyə “Shell” bildirib. Texnologiya həmişəkindən daha az məlumat istifadə etməklə yeraltı təsvirlər yaradacaq. Bu, yüksək performanslı hesablama xərclərinə qənaət edəcək. Bundan əlavə, süni intellektə əsaslanan alqoritm geokəşfiyyatın səmərəliliyini və sürətini artıracaq: prosesi doqquz aydan doqquz günə qədər azaltmaq olacaq.

Süni intellekt təkcə sənayedə istifadə edilmir. Məsələn, daha əvvəl İsveçin “Sandvik” şirkəti süni intellektlə yaradılmış heykəl təqdim edib.

Son xəbərlər
Digər xəbərlər