13 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

“Shell” Niderlanddan çıxaraq adını dəyişir

Britaniya-Niderland şirkəti “Royal Dutch Shell Plc” genişmiqyaslı dəyişikliklər planlaşdırıb: o, səhmlərin strukturunu sadələşdirmək, adını dəyişmək və Böyük Britaniyanın vergi yurisdiksiyasına keçmək niyyətindədir. Dəyişikliklər rəhbərlərin dekabrın 10-da keçiriləcək iclasında müzakirə olunacaq.

Banker.az xəbər verir, “Shell” iki xətti səhm sistemindən (A və B) uzaqlaşmaq və əvəzinə “investorların başa düşməsi və qiymətləndirməsi daha asan olacaq” alternativ yaratmaq istəyir. Səhmlər əvvəllər olduğu kimi Amsterdam, London və Nyu-York birjalarında yerləşdiriləcək.

“Sadələşdirmə şirkətin rəqabət qabiliyyətini gücləndirmək, səhmdarların bölüşdürülməsini sürətləndirmək və sıfır emissiyaya çatmaq strategiyasını həyata keçirmək məqsədini daşıyır”, – deyə “Shell”in relizində deyilir.

Şirkət həmçinin vergi rezidentliyini Böyük Britaniyaya köçürəcək və qərargahını ortada yerləşdirəcək. Bildirilir ki, “Shell”in korporativ idarəetmə strukturu dəyişməz olaraq qalacaq.

Qeyd edək ki, neft şirkəti həm də adından “Royal Dutch” sözlərini çıxarmaq istəyir. Direktorlar şurasının rəhbəri Endrü Makkenzinin sözlərinə görə, təklif olunan tədbirlər onu daha rəqabətli edəcək.

“Shell” sənayedəki ən iddialı iqlim strategiyalarından birini təqdim edib. O, 2016-cı ilə nisbətən zərərli emissiyaları ən azı 6%, 2030-cu ilə qədər 20%, 2035-ci ilə qədər 45%, 2050-ci ilə qədər isə sıfıra endirməyi planlaşdırır.

Lakin Niderland məhkəməsi “Shell”in planlarını “qeyri-müəyyən” hesab edib və şirkətin öhdəliklərini poza biləcəyi qənaətinə gəlib. O, “Shell”ə planlaşdırılmış istixana qazı emissiyalarının azaldılmasını əhəmiyyətli dərəcədə artırmağı tövsiyə edib – 2019-cu ilin səviyyəsi ilə müqayisədə 2030-cu ilə qədər 45%. Şirkət məhkəmənin qərarı ilə razılaşmayaraq apelyasiya şikayəti verib.

Son xəbərlər
Oxşar xəbərlər
X