“Royal Dutch Shell” neft-qaz konserni Nigeriyada quruda neft və qaz hasilatı ilə məşğul olan bölməsini 2.4 milyard dollara “Renessans” konsorsiumuna satır.
Nigeriyanın “Shell Petroleum Development Company” şirkətinin alıcıları ilkin olaraq 1.3 milyard dollar, müqavilə bağlandıqdan sonra isə 1.1 milyard dollar ödəyəcəklər.
Konsorsiuma Nigeriyanın “ND Western”, “Aradel Energy”, “First E&P” və “Waltersmith” şirkəti daxildir.
1930-cu illərdən Nigeriyada fəaliyyət göstərən “Shell” ölkənin dəniz yataqlarının operatoru olaraq qalacaq.
“Shell” səhmləri 0.4% ucuzlaşıb. Son üç ayda şirkətin kapitallaşması 11.6% azalaraq 159.5 milyard funt-sterlinqə (201.5 milyard dollar) düşüb.