8 C
Baku
Monday, November 18, 2024

“Shell” rekord illik mənfəət əldə edib

Britaniya-Hollandiya neft və qaz şirkəti “Shell” artan karbohidrogen qiymətləri sayəsində ötən ili tarixində rekord xalis mənfəətlə başa vurub. Şirkətin illik mənfəəti il ərzində 2.1 dəfə artaraq 42.31 milyard dollara çatıb. Əvvəlki rekord 2008-ci ildə qeydə alınıb və 31.4 milyard dollar təşkil edib.

Banker.az bu barədə “İnterfax”a istinadən xəbər verir.

Oktyabr-dekabr aylarında xalis mənfəət əvvəlki ilin eyni dövründəki 11.46 milyard dollara qarşı 10.41 milyard dollar olub. Düzəliş edilmiş rüblük mənfəət bir il əvvəlki 6.39 milyard dollardan 9.81 milyard dollara yüksəlib.

“Shell”in kapitalı 2022-ci ildə bir il əvvəl 19.7 milyard dollarla müqayisədə 24.83 milyard dollar təşkil edib. Şirkət bu il onların daha əvvəl elan edilmiş 23-27 milyard dollarlıq hədəf aralığında olacağını gözləyir.

Son rübdə karbohidrogen hasilatının həcmi bir il əvvəlki 3.142 milyon bareldən sutkada 2.831 milyon barel neft ekvivalentinə (b/d) qədər azalıb. Bununla belə, üçüncü rüblə müqayisədə istehsal 2% artıb.

Fevralın 2-də o da məlum olub ki, “Shell” “Qazprom Neft”lə “Salym Petroleum Development” birgə müəssisəsində 50% payın satışına dair razılığa gəlib. Son 12 ayda “Shell”in kapitallaşması 22% artaraq 165.1 milyard funt-sterlinqə çatıb.

Son xəbərlər
Digər xəbərlər