8 C
Baku
Monday, November 18, 2024

“Shell” Rusiyada $4-5 mlrd. itirib

Neft-qaz şirkəti “Shell”in Rusiyadakı fəaliyyəti ilə bağlı itkiləri 2022-ci ilin birinci rübündə 4-5 milyard dollar təşkil edəcək.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq məlumat şirkətin saytında dərc edilib.

“2022-ci ilin birinci rübündə Rusiyadakı əməliyyatlarla bağlı uzunmüddətli aktivlərin və əlavə xərclərin (debitor borclarının silinməsi, kreditlər üzrə gözlənilən tikilər və “ağır” müqavilələr kimi) dəyərinin azalmasının vergidən sonrakı təsiri 4-5 milyard dollar arasında olacağı gözlənilir”, – deyə məlumatda qeyd olunub.

Daha əvvəl “Shell” Rusiyadakı bütün neft və qaz layihələrindən çıxmaq planlarını açıqlayıb.

Bundan əlavə, şirkət Rusiyadakı bütün yanacaqdoldurma məntəqələrini bağladığını bildirib.

Son xəbərlər
Digər xəbərlər