8 C
Baku
Monday, November 18, 2024

“Shell” Rusiyadan nefti rekord endirimlə aldı

Neft şirkəti Shell Rusiyadan xam neftin barrelini 28,50 dollar endirimlə aldığını açıqlayıb.

Şirkət Rusiyanın Ukraynaya hücumundan sonra 28 fevral 2022-ci ildə ölkədəki layihələrdən çəkilmək qərarına gəldiyini açıqlamışdı.

Şirkətin Saxalin-II LNG obyektindəki 27,5 faiz, Salym Petroleum Development və Gydan enerji müəssisəsindəki hər birinin 50 faizini satacağı, Qazprom və əlaqədar qurumlardakı müştərək müəssisələrini tərk edəcəyi bildirilib.

Shell həmçinin Şimal axını 2 təbii qaz kəməri layihəsində iştirakını dayandırmağı planlaşdırır. Ötən ilin sonuna olan məlumata görə, Shell-in Rusiyadakı cari əsas vəsaitləri 3 milyard dollar təşkil edib və bu qərarın “Qazprom” və digər təşkilatların dəyərinə zərər vuracağı gözlənilir.

Shell, BP və Equinor-dan sonra Rusiyadakı layihələrini tərk edəcəyini elan edən üçüncü şirkətdir. ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı elan etdiyi iqtisadi sanksiyalardan sonra bp, Equinor və Shell bu ölkədəki investisiyalarından geri çəkilib. Fransanın enerji şirkəti TotalEnergies Rusiyada yeni layihələrə kapital köçürməyəcəyini açıqlayıb. Nəhayət, ABŞ-ın enerji şirkəti ExxonMobil bəyan edib ki, Rusiyadakı Saxalin-1 təbii qaz və neft hasilatı sahəsində fəaliyyətini dayandıracaq və ölkəyə heç bir yeni investisiya qoymayacaq.

Son xəbərlər
Digər xəbərlər