15 C
Baku
Şənbə, May 28, 2022

“Shell”in illik mənfəəti dörd dəfə artıb

Bu gün, fevralın 3-ündə Böyük Britaniyanın neft-qaz şirkəti “Shell” 2021-ci ilin dördüncü rübü və bütün fəaliyyətinin nəticələri haqqında hesabat verib.

Banker.az xəbər verir ki, dördüncü rübdə mənfəət 6.4 milyard dollar, üçüncü rübdə isə 4.1 milyard dollar olub. Bütün 2021-ci ildə “Shell” 2020-ci ildəkindən (4.85 milyard dollar) dörd dəfə çox olmaqla 19.3 milyard dollar mənfəət əldə edib.

Şirkət vurğulayıb: “Düzəliş edilmiş mənfəət daha yüksək qiymətlər, artan ticarət aktivliyi və gəlirliliyin optimallaşdırılması ilə şərtlənir. Bu amillər müəyyən logistik problemləri kompensasiya edir”. “Shell” həmçinin gəlirlərin bir hissəsini səhmlərin (8.5 milyard dollar dəyərində) geri alınmasına yönəltdiyini bildirib.

Bundan əvvəl Amerikanın “Chevron” və “ExxonMobil” neft-qaz korporasiyaları 2021-ci il üçün rekord rəqəmlər barədə məlumat verib. Mütəxəssislər bunu 2021-ci ildə koronavirus məhdudiyyətlərinin yumşaldılmasından sonra yanacağa tələbatın artması və qlobal iqtisadiyyatda sürətlənmənin səbəb olduğu enerji qiymətlərinin artması ilə əlaqələndirirlər. Əgər 2020-ci ilin dördüncü rübündə neftin qiyməti təxminən 43 dollar/barel idisə, ötən ilin dördüncü rübündə 80% artımla 77 dollar/barel olub.

Son xəbərlər
Oxşar xəbərlər