“Shiba Inu” kriptovalyutasının qiyməti tarixi maksimumu yeniləyib.
Banker.az xəbər verir ki, “CoinMarketCap” kriptobirjasının məlumatlarına əsasən, günün pik nöqtəsində rəqəmsal valyuta 45% bahalaşaraq 0.00006896 ABŞ dolları səviyyəsinə çatıb.
Qeyd edildiyi kimi, “Shiba Inu”nun kapitallaşması 26 milyard ABŞ dollarından yuxarı olaraq qalır. O, dünyanın 11-ci ən böyük kriptovalyutasıdır. Son yeddi gün ərzində “Shiba Inu” demək olar ki, 150% bahalaşıb.
“Shiba Inu”nun qiyməti “Change.org” portalında “Robinhood” ticarət şirkətini bu kriptovalyuta ilə əməliyyat aparmaq imkanı əlavə etməyə çağıran artan petisiya fonunda yüksəlib.