®Rabalon və beynəlxalq IT nəhəngi ManageEngine tərəfindən birgə təşkil edilən “Shield NxG IAM & Cybersecurity Event” adlı xüsusi tədbir Hilton Hotel-də keçirildi. Tədbir banklar, sığorta şirkətləri, BOKT-lar və digər maliyyə sektorunun nümayəndələrini bir araya gətirdi.
Tədbirin əsas məqsədi maliyyə sektorunda rəqəmsal təhlükəsizliyin təmin edilməsi, İAM (Identity and Access Management) və SIEM sahəsində müasir texnologiyaların tətbiqi üzrə praktik yanaşmaları müzakirə etmək idi.
Spiker kimi çıxış edən ManageEngine mütəxəssisi Abhilash Mamidela, AD360/ID360 və Log360 həlləri çərçivəsində korporativ kimliklərin idarə olunması və daxili təhlükəsizlik risklərinin azaldılması mövzusunda təqdimatla çıxış etdi. Daha sonra Rabalon İT Qrup Rəhbəri Vüsal Əskərli, Rabalon və ManageEngine əməkdaşlığı çərçivəsində regionda həyata keçirilmiş uğurlu layihələr barədə məlumat verdi.
Rəsmi hissədən sonra iştirakçılar klassik musiqi müşayiəti ilə şam yeməyində müzakirələr aparıb, interaktiv hədiyyəli oyunlarda iştirak etdilər. Tədbirin yüksək fəallığı həm texnoloji bilik mübadiləsi, həm də gələcək tərəfdaşlıqlar üçün əlverişli platforma yaratdı.
Rabalon, ManageEngine-in Azərbaycandakı rəsmi eksklüziv tərəfdaşı olaraq, ölkənin aparıcı dövlət və özəl qurumları üçün kibertəhlükəsizlik, IT idarəetməsi və əməliyyatların avtomatlaşdırılması üzrə genişmiqyaslı həllər təqdim etməyə davam edir.
Rabalon haqqında
“Rabalon” Bakıda yerləşən və qabaqcıl IT həllərini təqdim edən aparıcı IT inteqrator şirkətidir. Şirkət müxtəlif sektorlarda fəaliyyət göstərən qurum və şirkətlər üçün fərdiləşdirilmiş, yüksək məhsuldar həllər təqdim edərək, kibertəhlükəsizlik və IT idarəetməsinin inkişafına dəstək olur. Daha ətraflı məlumat üçün rabalon.com saytına daxil olun və şirkəti sosial şəbəkələrdə izləyin.
ManageEngine haqqında
ManageEngine qlobal səviyyədə IT idarəetməsi, təhlükəsizlik və əməliyyatların avtomatlaşdırılması üzrə həllər təqdim edən aparıcı şirkətdir. Şirkətin məhsulları müəssisələrə korporativ resursları qorumağa, riskləri idarə etməyə və IT infrastrukturunu optimallaşdırmağa imkan verir.















