11 C
Baku
Friday, December 5, 2025

Si Сinpin və Emmanuel Makron danışıqları başa vurublar

ÇXR sədri Si Cinpin və Fransa prezidenti Emmanuel Makron siyasi qarşılıqlı etimadı gücləndirmək, praktik əməkdaşlığı genişləndirmək və “qlobal idarəetmənin islahı və təkmilləşdirilməsi üzrə səyləri irəlilətmək” barədə razılığa gəliblər.

“Sinxua”nın məlumatına görə, Pekində Emmanuel Makronla görüşün yekunları haqqında danışan cənab Si bildirib ki, tərəflər onların ənənəvi əməkdaşlıq sahələri olan aviasiya sənayesi, kosmonavtika və nüvə energetikasında əməkdaşlığı davam etdirmək barədə razılaşıblar. Ölkələr həmçinin “yaşıl iqtisadiyyat”, “rəqəmsal iqtisadiyyat”, biofarmasevtika və süni intellekt də daxil olmaqla yeni sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Bundan əlavə, Çin və Fransa qarşılıqlı investisiyaların artırılmasını və hər iki ölkənin şirkətləri üçün “ədalətli, şəffaf, ayrı-seçkilikdən uzaq və proqnozlaşdırıla bilən biznes mühitinin yaradılmasını” təmin etməyə çalışacaqlar.

“Reuters” qeyd edir ki, Emmanuel Makron Çinə böyük biznes nümayəndə heyəti ilə gəlib — nümayəndəlikdə “Airbus”un yüksək rəhbərliyi, Fransanın ən böyük bankı “BNP Paribas”, elektrik avadanlıqları nəhəngi “Schneider” və qatar istehsalçısı “Alstom”, həmçinin Fransanın böyük süd və quşçuluq konsernlərinin rəhbərləri olub. Lakin dövlət başçılarının iştirakı ilə keçirilən mərasimdə heç bir böyük kommersiya sazişi imzalanmayıb. Həmçinin Pekinlə bir neçə ay boyunca müzakirə edilən “Airbus” sifarişləri paketi barədə də heç nə deyilməyib.

Son xəbərlər
Digər xəbərlər