Si Cinpin Putinin dəvəti ilə martın 20-22-də Rusiyaya səfər edəcək. Bu barədə Kreml məlumat yayıb.
Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
Çin Xalq Respublikasının lideri ilə danışıqlar zamanı Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq münasibətlərinin və strateji qarşılıqlı fəaliyyətin inkişafı məsələləri müzakirə olunacaq.
Beynəlxalq aləmdə Rusiya-Çin əməkdaşlığının dərinləşdirilməsi kontekstində fikir mübadiləsi planlaşdırılır. Həmçinin bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.







