Çin Xalq Respublikasının sədri Si Cinpin BMT-nin iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş yüksək səviyyəli konfransının iştirakçılarına video-müraciətində bildirib ki, 2035-ci ilə qədər ölkənin ümumi enerji istehlakında qeyri-qalıq mənbələrin payı 30%-dən çox olacaq. Onun sözlərinə görə, həmin vaxta qədər Çin iqtisadiyyatı istixana qazı emissiyalarını pik səviyyə ilə müqayisədə 7–10% azaldacaq.
Çin hökumətinin hesablamalarına əsasən, külək və günəş enerjisinin ümumi quraşdırılmış gücü 2020-ci ilin göstəricilərini altı dəfə üstələyərək 3,6 milyard kVt-a çatacaq. Meşə fondu 24 milyard kubmetrdən artıq olacaq. Avtomobil satışlarının strukturunda isə alternativ enerji mühərrikləri üstünlük təşkil edəcək.
“Bu hədəflər Çinin Paris sazişinin tələblərini yerinə yetirmək üçün göstərdiyi maksimal səyləri əks etdirir. Çin həm qətiyyətə, həm də öhdəliklərini yerinə yetirmək əminliyinə malikdir”, — deyə dövlət başçısı vurğulayıb.
Si Cinpin həmçinin inkişaf etmiş ölkələri emissiyaların azaldılması və inkişaf etməkdə olan dövlətlərə yardım göstərilməsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb. O qeyd edib ki, “bəzi ölkələr axına qarşı getsələr də, beynəlxalq ictimaiyyət düzgün kursu davam etdirməlidir”.