Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.