Çin Xalq Respublikasının Sədri Si Cinpin məşhur “Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri sayılan Bill Qeytslə görüşəcək.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunub ki, görüş Çində baş tutacaq.
B. Qeyts 2019-cu ildən bəri ilk dəfə Çinə öz xeyriyyə fondu olan “Bill & Melinda Gates” adından gəlib.