20 C
Baku
Friday, October 24, 2025

Si Cinpin Cənubi Koreyaya səfər edəcək

Çinin Sədri Si Cinpin 30 oktyabr – 1 noyabr tarixlərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammit forumunda iştirak etmək üçün Koreya Respublikasını ziyarət edəcək. Bu barədə Çin XİN məlumat yayıb.

“Cənubi Koreya Respublikasının Prezidenti Li Cae Myonun dəvəti ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin 30 oktyabr – 1 noyabr tarixlərində APEC ölkələri liderlərinin 32-ci qeyri-rəsmi görüşündə iştirak etmək və dövlət səfəri həyata keçirmək üçün Cənubi Koreyanın Gyoncu şəhərinə səfər edəcək”, – deyə Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Çin XİN-in rəsmi nümayəndəsi Qo Cyaqun müntəzəm brifinq zamanı qeyd edib ki, Çin və Koreya Respublikası “yaxın qonşular və tərəfdaşlardır”. Onun sözlərinə görə, Pekin Seul ilə münasibətlərin inkişafına böyük önəm verir və ona qarşı sabit, ardıcıl siyasət yürüdür.

Rəsmi nümayəndə bildirib ki, Si Cinpinin qarşıdakı səfəri son 11 ildə Koreya Respublikasına ilk rəsmi səfər olacaq. “Bu həmçinin Prezident Li Cae Myon vəzifəyə başladıqdan sonra Çin və Cənubi Koreya liderləri arasında ilk görüş olacaq”, – o əlavə edib. – “Çin iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu dövrdəki ilkin niyyətlərə uyğun olaraq Koreya Respublikası ilə əməkdaşlıq etməyə hazırdır”.

Qo Cyaqun vurğulayıb ki, Çin Cənubi Koreya ilə əlaqələri yaxşı qonşuluq, dostluq və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf etdirməyə çalışır. O təsdiqləyib ki, Pekin Seul ilə strateji tərəfdaşlığın gücləndirilməsində maraqlıdır.

Son xəbərlər
Digər xəbərlər