12 C
Baku
Tuesday, May 7, 2024

Si Cinpin: Çin qlobal təşəbbüslərə $10 mlrd. ayıracaq

Çin qlobal təşəbbüsləri həyata keçirmək üçün 10 milyard dollarlıq xüsusi fondlar yaradacaq, bu barədə Cənubi Afrikada keçirilən BRICS sammitində Çin prezidenti Si Cinpin bildirib.

O, Çinin artıq 4 milyard dollar dəyərində Qlobal İnkişaf və Cənub-Cənub Əməkdaşlıq Fondu yaratmasına aydınlıq gətirib: “Çin maliyyə institutları qlobal inkişaf təşəbbüslərini həyata keçirmək üçün tezliklə 10 milyard dollar dəyərində xüsusi fondlar yaradacaqlar”, – deyə Si bildirib.

O qeyd edib ki, Pekin Afrika ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır və müstəqil inkişaf imkanlarının gücləndirilməsində qitə ölkələrinə dəstək vermək niyyətindədir. Si Cinpin əlavə edib ki, Çin Afrikaya böyük miqdarda yardım edib və onun dostudur.

Avqustun 22-də Si Cinpin BRICS Biznes Forumunun iştirakçılarına müraciətində Çinin beynəlxalq münasibətlərin demokratikləşməsini və dünyanın çoxqütblülüyünü təşviq etməyə davam edəcəyini vurğulayıb. Bundan əlavə, ölkə hakimiyyəti “müstəqil” və “sülhpərvər” siyasət yürütməkdə davam edəcək”, – deyə o bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər