14 C
Baku
Thursday, October 30, 2025

Si Cinpin: Çin və ABŞ iqtisadi problemlərin həlli üzrə konsensusa gəlib

Çin Xalq Respublikası (ÇXR) və ABŞ arasında aparılan danışıqlar tərəflərin əsas ticarət-iqtisadi ziddiyyətlərin həlli üzrə ilkin konsensusa gəlməsi ilə nəticələnib. Bu barədə Çin lideri Si Cinpin cümə axşamı Cənubi Koreyanın Pusan şəhərində ABŞ prezidenti Donald Tramp ilə görüşü zamanı bildirib. NBC telekanalının mənbələrinin məlumatına görə, iki dövlət başçısı arasındakı danışıqlar dörd saata qədər davam edə bilər.

“İki ticarət-iqtisadi komandamız əsas narahatlıqlarımıza səbəb olan problemlərin həlli üzrə ilkin konsensusa nail olub və ümidverici irəliləyiş əldə edib… Mən illərdir dəfələrlə açıq şəkildə bildirmişəm ki, Çin və ABŞ tərəfdaş və dost olmalıdır. Tarix bizi buna öyrədib, reallıq isə bunu tələb edir”, — deyə Çin Xalq Respublikasının sədri qeyd edib.

Donald Tramp isə əvvəlcədən Si Cinpinlə görüşdən böyük ümidlər bəslədiyini bildirmişdi. Hazırda ölkələr faktiki olaraq ticarət müharibəsi vəziyyətindədirlər. Əgər görüş gözlədiyi nəticə ilə yekunlaşarsa, ABŞ prezidenti Çindən idxala tətbiq etdiyi əlavə gömrük rüsumlarını azaltmağı planlaşdırdığını açıqlayıb. O, bu rüsumların tətbiqini Çinin ABŞ-a kütləvi şəkildə fentanil qaçaqmalçılığı üçün komponentlər tədarükündə iştirak etməsi ilə əsaslandırmışdı.

Son xəbərlər
Digər xəbərlər