Çin ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.
Bu barədə Çin lideri Si Cinpin deyib. Çin Dövlət televiziyasının məlumatına görə, Çin sədri ölkəsinin hər iki tərəfin də xeyrinə olan anlaşma yollarını tapmaq üçün ABŞ-la işləməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, noyabrda İndoneziyada keçiriləcək G20 sammiti çərçivəsində Si Cinpinlə ABŞ Prezidenti Co Baydenin görüşü gözlənilir.