Çin sədri Si Cinpin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi üçün Vaşinqtona gəlməyəcək, bu barədə “CBS News” telekanalı məlumat yayıb. Qeyd edək ki, Ağ Evin yeni rəhbərinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə təyin edilib.
“Tədbirdə Çinin ABŞ-dəkı səfiri və onun həyat yoldaşının iştirak etməsi gözlənilir ki, bu da standart bir təcrübədir”, – deyə telekanalın mesajında deyilir. Tədbirdə Pekinin digər rəsmi nümayəndələrinin də iştirak edə biləcəyi istisna deyil.
Qeyd olunur ki, Çinin qeyri-rəsmi kanallar vasitəsilə Trampın andiçmə mərasiminə dəvəti, ABŞ-Çin münasibətlərində ciddi protokol və mürəkkəb dinamikaya öyrəşmiş Pekini “pis vəziyyətdə qoyub”.
ABŞ-nin yeni seçilmiş prezidentinin komandası digər xarici qonaqlara da andiçmə mərasiminə dəvət göndərməyi planlaşdırır. O cümlədən Macarıstanın Baş naziri Viktor Orban tədbirdə iştirak edə bilər.