Çin prezidenti Si Cinpin Pekinin Yaxın Şərqdəki münaqişə ilə bağlı narahatlığını ifadə edib. Onun fikrincə, bunu Fələstin dövlətinin yaradılması ilə həll etmək olar.
“Fələstin-İsrail münaqişəsi bizi narahat edən məsələdir. Əsas həll yolu müstəqil Fələstin dövlətinin yaradılmasıdır”, – cənab Si yazıb.
Cənab Si həmçinin qeyd edib ki, tarix göstərir ki, “davamlı qeyri-sabitlik” əsasən BMT qətnamələrinin yerinə yetirilməməsi, həmçinin “iki dövlət prinsipinin aşınması və Yaxın Şərqdə sülh prosesindən yayınma” ilə bağlıdır.
Onun fikrincə, ölkələr Yaxın Şərqdə sülhün bərpasına kömək etmək üçün əməkdaşlığı gücləndirməlidir.