Çin Xalq Respublikasının sədri Si Cinpin real döyüş əməliyyatlarına hazırlığın gücləndirilməsinin vacibliyini ölkə ordusunun diqqətinə çatdırıb.
Bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Televiziyadan o da bildirilib ki, ABŞ kəşfiyyatının hesablamalarına görə, Çin 2027-ci ildə Tayvanı işğal edə bilər.
Həmçinin o da əlavə olunub ki, ABŞ-ın nüfuzlu konqresmenləri Tayvana qoşun göndərmək imkanını nəzərdən keçirməyi təklif ediblər.