16 C
Baku
Sunday, October 6, 2024

İran və Çin liderləri dollardan imtina etməyə çağırıblar

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının 23-cü iclası zamanı Çin Xalq Respublikasının sədri Si Cinpin assosiasiya ölkələri arasında ticarət hesablaşmalarında milli valyutaların payının artırılmasına çağırıb. O, həmçinin ŞƏT-ə üzv ölkələri bir-birinin əsas maraqlarına hörmətlə yanaşmağa və yeni soyuq müharibəni qızışdırmaq cəhdlərinə qarşı durmağa çağırıb.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Biz regionumuzun ümumi və uzunmüddətli maraqlarına əsaslanan xarici siyasətimizi müstəqil şəkildə inkişaf etdirməliyik. Kənardan yeni soyuq müharibəni qızışdırmaq və regionumuzda blok qarşıdurmasını təhrik etmək cəhdlərinə qarşı ayıq-sayıq olmalı, kənardan müdaxilə etmək və istənilən bəhanə ilə rəngli inqilabları ruhlandırmaq cəhdlərinə qəti şəkildə qarşı çıxmalıyıq”, – deyə cənab Cinpin bildirib.

İran prezidenti İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələri ABŞ dollarından imtina etməyə çağırıb.

“Qərbin hegemonluğuna dolların hegemonluğu kömək edir. Yeni iqtisadi sistem yaratmaq üçün ondan imtina etmək və ölkələr arasında hesablaşmalarda milli valyutalardan istifadə etmək lazımdır”, – Raisi ŞƏT-ə üzv dövlətlərin başçıları Şurasının iclası zamanı deyib.

Bu gün Yeni Dehlidə virtual formatda ŞƏT dövlət başçıları Şurasının 23-cü Sammiti keçirilir. İclasdan sonra İran ŞƏT-ə qəbul olunacaq. Həmçinin, sammit zamanı təşkilata üzv dövlətlər Belarusun təşkilata daxil olması ilə bağlı niyyət memorandumunu rəsmiləşdirəcəklər. Hazırda ŞƏT-ə səkkiz ölkə daxildir: Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan.

Son xəbərlər
Digər xəbərlər