ÇXR sədri Si Cinpin 19 sentyabrda ABŞ prezidenti Donald Tramp ilə telefonla danışıb, bu barədə “Xinhua” agentliyi məlumat yayıb. Söhbətin təfərrüatları hələ açıqlanmayıb.
15 sentyabrda Tramp “Truth Social”da Çinlə “TikTok” üzrə razılaşmaya nail olduğunu və yaxın zamanda Si Cinpinlə danışacağını bildirmişdi. “ABŞ və Çin arasında Avropada ticarət üzrə vacib görüş çox yaxşı keçdi”, – deyə o vurğulamışdı. Tramp həmçinin Çin lideri ilə münasibətlərinin möhkəm qaldığını qeyd etmişdi.
Avqustun sonunda isə Tramp Si Cinpinlə münasib vaxtda görüş keçirməyi planlaşdırdığını demişdi.






