17 C
Baku
Friday, October 31, 2025

Si Cinpin və Trampın görüşündən sonra Çin birjaları ardıcıl iki gündür enir

Şanxay və Şençjen fond birjaları, Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ prezidenti Donald Trampın görüşündən sonra ardıcıl ikinci gün eniş nümayiş etdirir.
Ticarət məlumatlarına görə, “Shanghai Composite” indeksi 0,81% azalaraq 3 954,79 bəndə, “Shenzhen Component” isə 1,14% azalaraq 13 378,21 bəndə düşüb.

“Göy çiplər” indeksi “CSI 300” 1,47% azalaraq 4 640,66 bəndə enib.
Yüksək texnologiyalar sektorunun indeksləri – “Star Market 50” və “ChiNext” müvafiq olaraq 3,13% və 2,31% azalıb, nəticədə göstəricilər 1 415,52 və 3 187,53 bənd olub.

30 oktyabrda (Cənubi Koreya, Pusan şəhərində) Si Cinpin və Donald Tramp arasında görüş keçirilib. Çin Ticarət Nazirliyinin məlumatına görə, danışıqların nəticəsində ABŞ Çin mallarına tətbiq edilmiş 10%-lik “fentanil rüsumlarını” ləğv edəcək, həmçinin 24%-lik əlavə tarifin qüvvəsinin dayandırılmasını uzadacaq, Çin tərəfi isə bu rüsumlara qarşı cavab tədbirlərini müvafiq şəkildə tənzimləyəcək.

Vaşinqton və Pekin gəmiqayırma sənayesinə qarşı tədbirləri bir il müddətinə dayandırmaq barədə razılığa gəliblər.

Bundan əlavə, ABŞ 29 sentyabrda elan etdiyi ixrac məhdudiyyətlərini – sanksiya siyahısına daxil olan Çin şirkətlərinin bütün törəmə müəssisələrinə şamil olunan məhdudiyyətləri bir il müddətinə dayandıracaq.

Görüşün yekunlarına görə, “TikTok” sosial şəbəkəsi ilə bağlı məsələ hələ ki, həll olunmayıb.

Son xəbərlər
Digər xəbərlər