Çin Xalq Respublikasının Sədri Si Cinpin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Prezident Zelenski “Twitter” hesabında bildirib.
“ÇXR Sədri Si Cinpinlə ilə uzun və mənalı telefon danışığım oldu. İnanıram ki, bu zəng, həmçinin Ukraynanın Çinə səfirinin təyin edilməsi ikitərəfli münasibətlərimizin inkişafına güclü təkan verəcək”, – Zelenski bildirib.