23 C
Baku
Tuesday, March 18, 2025

Si Cinpinin ABŞ-yə səfəri gözlənilir

Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər mühüm rəsmilər yaxın gələcəkdə ABŞ-yə səfər edəcəklər.

Bunu Amerika lideri Donald Tramp deyib.

O, təfərrüatları açıqlamadan bildirib: “Çin sədri Si Cinpinin tabeliyində olan əsas fiqurlar çox da uzaq olmayan gələcəkdə gələcək”.

ABŞ dövlət katibi Marko Rubio martın 14-də bildirib ki, Vaşinqton və Pekin Trampla Si Cinpin arasında görüş üçün hələlik hər hansı konkret tarix barədə razılığa gəlməyiblər, lakin bu görüş “müəyyən bir nöqtədə” baş tutacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər