22 C
Baku
Friday, April 19, 2024

“Sian-Bakı” blok qatarının marşrutu Polşayadək uzadılacaq

“Sian-Bakı” blok qatarının marşrutu Polşada yerləşən Slavkov Avroterminalına qədər uzadılması məsələsi gündəmdədir.

Bu barədə Krakov şəhərində 3-cü Dəmiryolu İqtisadi Forumu zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin rəhbəri Natiq Cəfərov bildirib.

Onun sözlərinə görə, şirkətin Slavkov terminalından İranın Astara stansiyasına sınaq məqsədli konteyner daşıması uğurla həyata keçirilib.

Hazırda “Sian-Bakı” konteyner blok qatarının marşrutu Ukrayna və Türkiyəyə qədər çatdırılıb. Marşrutun Slavkov Avroterminalınadək uzadılması məsələsi gündəmdədir. Həmçinin Slavkov-Bakı-Orta Asiya marşrutu üzrə müntəzəm konteyner blok qatarlarının buraxılması da nəzərdə tutulur, deyə N. Cəfərov qeyd edib.

Qeyd edək ki, tədbir iştirakçıları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner daşımalarının həcminin artırılması istiqamətində atılan addımlardan – yeni infrastrukturun yaradılması, fider gəmilərin xəttə buraxılması, idarəetmə sisteminin modernləşdirilməsi kimi məsələləri qeyd ediblər.

© APA

 

 

Son xəbərlər
Digər xəbərlər