Rusiyanın Sibir regionunda 15-20 il ərzində nadir torpaq metallarının istehsalı üzrə ixtisaslaşacaq yeni bir şəhər salına bilər.
Bu barədə “TASS” məlumat yayıb.
Məlumata görə, Sibirdə yeni şəhərin tikintisi ideyası daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu tərəfindən dəfələrlə gündəmə gətirilib. O, Xakasiyanın Sayanoqorsk şəhəri yaxınlığında müasir bir şəhərin inşasını təklif edib.
Layihəyə əsasən, yeni yaşayış məskəni elmi şəhər funksiyasını yerinə yetirəcək. İstehsal müəssisələrinin isə digər bölgələrdə, o cümlədən sovet dövründə yaradılmış sənaye şəhərlərində yerləşdirilməsi nəzərdə tutulur.








