23 C
Baku
Monday, July 15, 2024

“Sibirin Gücü” ilə qaz nəqli rekord səviyyəyə çatıb

Ötən il “Sila Sibiri” (“Sibirin Gücü”) boru kəməri ilə Rusiyadan Çinə qaz tədarükünün həcmi rekord həddə – 15.5 mlrd. kubmetrə çatıb.

Bunu baş nazirin müavini Aleksandr Novak deyib: ““Sibirin Gücü” ilə Çin Xalq Respublikasına tədarük artırılıb. Tədarükün həcmi rekord həddə – 15.5 mlrd.kubmetr qaz təşkil edib”.

Xatırladaq ki, “Sibirin Gücü” kəməri ilə qazın nəqlinə 2019-cu ilin sentyabrında başlanılıb. Qaz kəmərinin maksimal illik ixrac gücü 38 mlrd. kubmetrdir. Maksimal göstəricilərə “Qazprom” 2025-ci ildə nail olmağı planlaşdırır. 30 müqavilə ilində Çin istehlakçıları bu kəmərlə 1 trln. kubmetrdən çox qaz alacaqlar. Boru kəmərinin inşası beş il davam edib və 1.1 trln. rubla başa gəlib.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər