“Qazprom” şirkəti Çinə Rusiya qazının nəqlini təmin edən “Sibirin gücü” qaz kəmərində planlaşdırılmış profilaktik işləri başa çatdırıb və kəmər vasitəsi ilə qazın nəqli bərpa edilib.
Bu barədə “Qazprom” “Telegram” kanalında paylaşım edib.
“”Sibirin gücü” qaz kəmərində planlı təmir işləri başa çatıb. Planlaşdırıldığı kimi, bu gün qazın nəqli bərpa edilib”, – paylaşımda bildirilir.
Xatırladıb ki, planlaşdırılan texniki işlərlə əlaqədar sentyabrın 22-dən 29-dək “Sibirin Gücü” ilə “mavi yanacağın” daşınması dayandırılıb. “Qazprom” və Çinin CNPC şirkəti arasında “şərq marşrutu” üzrə qaz alqı-satqısı müqaviləsinə uyğun olaraq, “Sibirin Gücü” qaz kəmərinin avadanlıq və sistemlərində ildə iki dəfə (yaz və payızda) profilaktik təmir işləri aparılır.