15 C
Baku
Tuesday, May 14, 2024

“Sibirin Gücü” qaz kəmərinin işi müvəqqəti dayandırılacaq

Sentyabrın 22-dən 29-dək Rusiyanın “Qazprom” şirkəti “Sibirin Gücü” kəməri ilə Çinə qaz nəqlini dayandıracaq.

Bu barədə “Qazprom” “Telegram” kanalında paylaşım edib.

“Sentyabrın 22-dən sentyabrın 29-dək “Sibirin Gücü” qaz kəmərində planlı təmir işləri aparılacaq. Bu müddət ərzində qaz nəqli müvəqqəti olaraq dayandırılacaq”, – paylaşımda bildirilir.

“Qazprom” və Çinin CNPC şirkəti arasında “şərq marşrutu” üzrə qaz alqı-satqısı müqaviləsinə uyğun olaraq, “Sibirin Gücü” qaz kəmərinin avadanlıq və sistemlərində ildə iki dəfə (yaz və payızda) profilaktik təmir işləri aparılır.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər