Qazaxıstanın paytaxtı Astanada siçanlar banklardan birinin bankomatına girərək oradakı pulları yararsız hala salıblar.
Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.
Bank yaydığı açıqlamasında siçanların bankomatlardan birinin kasetindəki pulları yararsız hala salmasını təsdiqləyir. Rəhbərlik son vaxtlar paytaxtda müşahidə olunan soyuq hava şəraiti ilə əlaqədar olaraq gəmiricilərin bankomatlara sığındığını bildirib. Eyni zamanda, gəmiriciləri heç bir təhlükə gözləmədiyini açıqlayıb.