Siciliya əhali sayını artırmaq üçün yeni sakinlərə pulsuz mənzil vəd edir

0

Siciliya adasında yerləşən Kammarata şəhərində səlahiyyətlilər şəhər əhalisinin sayını artırmaq məqsədilə yeni sakinlərə pulsuz mənzillər verməyi planlaşdırırlar.

Qeyd edildiyi kimi, illər keçdikcə şəhər əhalisi sürətlə azalmağa başlayıb, adətən gənclər təhsil və iş axtarışı məqsədilə şəhəri tərk edirlər. Hazırda Kammarata şəhərinin cəmi 6 min nəfər əhalisi var.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Şəhərin bələdiyyə başçısı Vincenzo Gambrone şəhərin yoxa çıxmasının qarşısını almaq üçün yeni sakinlərə pulsuz mənzil vəd edir.

Administrasiya rəhbərinin verdiyi məlumata görə, evlərini tərk edən sakinlər binanın dağılma təhlükəsi haqqında düşünmürlər. Siciliya adasının Kammarata şəhərində pulsuz mənzil almaq istəyənlər 5 min avro girov qoyurlar, binanı təmir etdikdən sonra bu pul onlara geri qaytarılır.