“Siemens AG” konserni “Altair Engineering” şirkətini 10 mlrd. dollara alır

Alman sənaye şirkəti “Siemens AG” Amerikanın IT şirkəti “Altair Engineering”i təqribən 10 milyard dollara satın aldığını elan edib. Müqavilə 2025-ci ilin ikinci yarısında bağlana bilər.

“Siemens AG”in məlumatına görə, şirkətin bir səhminin dəyəri 113 dollar təşkil edir. “Siemens” satın alındıqdan sonra rəqəmsal həllər seqmentində gəlirin 8% artacağını gözləyir.

“Siemens AG”nin baş direktoru Roland Buşun qeyd etdiyi kimi, birləşmə “süni intellektə əsaslanan dizayn və modelləşdirmə üçün tam həllər portfeli” yaratmaq üçün lazımdır.

Son xəbərlər
Digər xəbərlər