10 C
Baku
Friday, October 25, 2024

“Siemens” Azərbaycanın enerji bazarına daha bir şirkətini cəlb edir

Azərbaycanda “Siemens Gas and Power GMBH & Co KG” şirkətinin filailı açılır.

Banker.az xəbər verir ki, bu barədə şirkətdən xəbər verilir.

Məlumat üçün bildirək ki, “Siemens G&P”nin Baş ofisi ABŞ-ın neft hasilatçı ştatı olan Texasda (Hyuston ş.) fəaliyyət göstərir. “Siemens G&P” neft-qaz üzrə enerji bazarına inteqrasiya etmiş böyük ixtisaslı şirkət sayılır.

Şirkətin Azərbaycandakı filialının direktoru Böyük Britaniya vətəndaşı olan Hewson James edəcək. H.James həmçinin, 2015-ci ildən “Siemens Aktienqezelşaft Səhmdar Cəmiyyəti”nin Azərbaycandakı filialının direktorudur.

Siemens 113 turbine credit Siemens 625x400 1
Siemens-in neft-qaz sənayesi üçün nəzərdə tutulmuş nəhəng boru kəməri

Almaniyanın “Siemens” brendi Azərbaycanın enerji bazarına 1998-ci ildən  “Siemens Səhmdar Cəmiyyəti Avstriya” nümayəndəlik kimi daxil olmaqla, sonradan “Siemens Aktienqezelşaft Səhmdar Cəmiyyəti”nin filialını və “Siemens Gamesa Renevable Energy” adlı törəmə şirkəti açmışdır.

Yeni filial açmış “Siemens Gas and Power GMBH & Co KG”nin 2019-cu il üzrə gəlirləri öncəki illə müqayisədə 3% daha az yəni, 17,66 milyard avro təşkil edib.

Ümumililkdə isə “Siemens”in xalis mənfəəti 2019-cu ildə 5,65 milyard avro təşkil edir.

Son xəbərlər
Digər xəbərlər