21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Siiemens saatda 360 km sürətlə hərəkət edə biləcək qatar təqdim edib

Screen Shot 2021 09 02 at 14.34.20

Şirkət 2018-ci ilin aprel ayından etibarən bütün Almaniyada yeni sürət qatarını test edir.

Tanınmış alman şirkəti Siimens yeni 30 faiz daha sərfəli  və saatda 250-360 km-ə kimi hərəkət etmə imkanına malik olan Velaro Novo sərnişin qatarını təqdim edib.

Bildirilir ki, saatda 300 km sürətlə hərəkət edən yüksək sürətli qatar əvvəlki Veloro modellərinə nisbətən 30 faiz daha az enerji sərf edir.

İxtiraçılar qatarın ağırlığını 15% azaldaraq sərnişinlər üçün yer sayını 10% artırıblar.

Qatarın içində daimi obyekt yoxdur, buna görə də müştərilərin fərdi istəklərinə görə daxili işlər aparmaq mümkündür.

Bununla yanaşı, qatarlar bir neçə ildən sonra da operatorların yeni ehtiyyaclarını qarşılamağa  imkan verir. Müasir ölçmə və sensor texnologiyalarının tətbiqi nəticəsində təmir xərcləri azalır.

2018-ci ilin aprel ayından etibarən Almaniyada yeni sürətli qatarın sınaqdan keçirilməsinə başlanılıb. Buna kimi Siiemens Velaro modelinin dörd nəslini ixtira etmişdir. Qatarlar 2000-ci ildən fəaliyyət göstərir və hazırda Almaniya, Hollandiya, Belçika. İsveçrə, İspaniya, Fransa, Çin, Böyük Britaniya və Türkiyədə istifadə edilir.

Verilən məlumata əsasən fransızların daha öncə uçan qatar icad etdiyi bildirilir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər