“Siemens Energy” şirkəti “Qazprom”a “Şimal axını” üçün ixrac lisenziyasını verib. Məlumata görə, “Siemens” “Qazprom”a 2024-cü ilin sonuna qədər “Şimal axını” boru kəmərinə qaz göndərən “Portovaya” kompressor stansiyası üçün turbinlərin təmiri, texniki xidməti və daşınmasına icazə verən sənəd göndərib.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Turbin şənbə günü parom vasitəsilə Lübek şəhərindən Finlandiya vasitəsilə Rusiyaya göndərilməli olsa da, “Qazprom”dan lazımi sənədlər olmadığı üçün bunu etmək mümkün olmayıb.
Hal-hazırda Almaniyada olan bu maşın Rusiyaya yalnız həftənin ortalarında göndərilə bilər, ancaq bir şərtlə ki, “Qazprom” gömrük nəzarəti üçün lazım olan sənədləri təqdim etsin.