1 C
Baku
Saturday, December 14, 2024

SİF 2019-cu il ərzində maliyyə hesabatının auditorunu müəyyən edib

Sahibkarlığın İnkişafı Fondunun (SİF) 2019-cu il ərzində maliyyə hesabatının auditoru “UHY Audit” QSC oldu. Bu barədə fonddan məlumat verilib.

“UHY Audit” SİF-ə audit xidmətlərinin göstərilməsi üzrə kotirovka sorğusunun qalibi oldu. Tərəflər arasında 9,912 min manat məbləğində müvadfiq müqavilə imzalanıb”, – Fonddan qeyd olunub.

Müqavilə 2019-cu il ərzində Fondun maliyyə hesabatının auditini nəzərdə tutur.

1 avqust 2018-ci il tarixində prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Dövlət başçısının saytında dərc olunmuş fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilir. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilir.

Son xəbərlər
Digər xəbərlər