İlin ilk 3 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş güzəştli kreditlərin 100%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.
Banker.az bu barədə SİF-ə istinadən xəbər verir.
Fonddan verilən məlumata əsasən, 2022-ci ilin 1 aprel tarixinədək sahibkarların 368 investisiya layihəsinin maliyyələşdirilməsinə 13.3 mln. manat məbləğində güzəştli kredit verilib. Bunlardan 366 nəfər mikro sahibkar, 2 nəfər isə orta sahibkarlıq subyekti kimi fəaliyyət göstərir.