21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

SİF işğaldan azad edilən ərazilərdə sahibkarlığı maliyyələşdirmək niyyətindədir

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) Azərbaycanın işğaldan azad edilən ərazilərində sahibkarlığı dəstəkləmək və maliyyələşdirmək niyyətindədir.

“Caspian Energy Club”dan verilən məlumata görə, bunu Fondunun İdarə heyətinin Sədri Kənan Nəcəfov CEC-in təşkilatçılığı ilə keçirilən onlayn B2G Forum çərçivəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, Fond çərçivəsində sahibkarların subsidiyalaşdırılmasının bir neçə növü həyata keçirilir.

“Bu gün Fondun xətti ilə 2,5 mlrd. manata yaxın güzəştli kreditlər ayrılıb. Bizim prioritetimiz İqtisadiyyat Nazirliyi və ölkədə fəaliyyət göstərən digər fondlarla əlaqəli şəkildə kiçik və orta sahibkarlara dəstək göstərməkdir”, – deyə K. Nəcəfov qeyd edib.

SİF rəhbəri həmçinin, Fond çərçivəsində ayrılan vəsaitin istifadəsinin iqtisadiyyatın müxtəlif sektorlarında, həmçinin aqrosənaye kompleksi, İT və turizm sahəsi, sənaye kompleksində və iqtisadiyyatın digər sahələrində həyata keçirildiyini söyləyib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər