İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlar bazarında əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icrası üzrə açıq tender elan edib.
Tenderdə iştirak haqqı 120 manatdır.
İddiaçılar ilkin sənədləri iyulun 9-u, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 19-u, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012) 310-23-02.
Tenderin nəticəsi iyulun 22-də, saat 15:00-da Portalda açıqlanacaq. Qalib investisiya şirkəti Fonda 3 il müddətində xidmət göstərəcək. Bu müddətdə Fond 200 milyon manat məbləğində sərbəst vəsaitini kapital bazarına yönəldərək repo əməliyyatlarından gəlir əldə etməyi planlaşdırır.