Ölkəmizdə sahibkarlığın inkişafına böyük önəm verən Bank Respublika, daha bir ilkə imza atıb.
Belə ki, Sahibkarlığın İnkişafı Fondunun (SİF) “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi” çərçivəsində “Bank Respublika”nın təqdim etdiyi kredit sayəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ilk sahibkarlıq subyekti “Şuşa Qala” restoranı fəaliyyətə başlayıb.
Füsunkar mənzərəni özündə cəmləyən restoranda yerli və xarici qonaqlar Azərbaycan mətbəxi ilə yanaşı, Qafqazın dadlı və ləziz təamlarını dada biləcək.
Qeyd edək ki, Bank Respublika artıq uzun müddətdir Sahibkarlığın İnkişafı Fondunun xətti ilə ölkəmizdə sahibkarlara həm say, həm də məbləğ baxımından ən çox güzəştli kredit təqdim edən kredit təşkilatıdır.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.