Sifarişçi hansı hallarda hərracda iştirak etməyə buraxılmır? Banker.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu suala cavabını təqdim edir.
Dövlət Xidmətindən bildirilir ki, sifarişçi aşağıdakı hallarda hərracda iştirak etməyə buraxılmır:
• Sifariş vermiş şəxs qanunvericiliyə müvafiq olaraq alıcı kimi tanınmadıqda;
• sifarişçinin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;
• hərracın keçirilməsi haqqında məlumatda göstərilən siyahı üzrə sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud onlar lazımi qaydada tərtib edilmədikdə;
• beh satıcının hesabına sifarişdə göstərildiyindən az həcmdə və ya müəyyən edilmiş müddətdən gec köçürüldükdə.