Avstraliyada dünyada ilk pizza daşıyan robot təqdim edilib.
“ZDNet” saytınnın verdiyi məlumata görə, “Domino’s Pizza” şirkətinin Avstraliya bölməsi Brisben şəhərində sifarişçilərin ünvanlarına pizza daşıyan robotun təqdimatını keçirib.
“Marathon Robotics” startapı ilə əməkdaşlıq şəraitində hazırlanmış robota DRU (Domino’s Robotic Unit) adı verilib. DRU 4 təkərə malikdir və saatda 20 km/saat sürətlə hərəkət edir. Sifariş olunan pizzalar və içkilər robotun qızdırıcı və sərinləşdirici yerlərində saxlanılır. Robotun hazırlanmasında hərbi texnologiyadan da istifadə olunub.
Şəhər şəraitində orientasiya olunmaq üçün robot GPS və “Google Maps”dən istifadə edir. DRU avtomobil yoluna çıxmadan səkidə və piyada zolağında hərəkət edir. Onun çəkisi 190 kq, qiyməti 23 min dollardır.
Artıq robotun prototipi Brisbenin rayonlarından birində sınaqdan keçirilib.
İKT.lent.az