Unibank-ın “SİFTƏ KREDİTİ” aksiyası əhali arasında böyük maraq doğurub. “siftə krediti” aksiyası, ümumiyyətlə kredit tarixçəsi olmayan, həyatında ilk dəfə kredit alanlar üçündür. İlk dəfə kredit üçün müraciət edənlər, Unibankdan 6% endirimlə kredit alacaqlar. Peşəsindən asılı olmayaraq, 20 yaşdan 65 yaşadək Azərbaycan Respublikasının işləyən hər bir vətəndaşı yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edərək, 7500 manatadək və 48 ay müddətədək kredit götürə bilər. Üstəlik “Siftə krediti” alanlara minimum 300 AZN balanslı üzvlük kartı da verilir. Unibankdan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.
Qeyd edək ki, Unibankda kredit ödənişləri çox asan olub. İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, Unibankın cash-in öəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.