14 C
Baku
Friday, November 22, 2024

Sığorta agenti: vəzifə öhdəlikləri

Sığorta agenti – sığorta kompaniyasının təmsilçisidir. O, şəxsi və mülkiyyət sığortası müqavilələrinin imzalanması ilə bağlı əməliyyatlar həyata keçirir.

O, regional vəziyyəti və konkret sığorta xidmətlərinə olan tələbatı öyrənir. Potensial müştərilərin regional kontingentinin tərkibini təhlil edir və müxtəlif mülkiyyət formalarında olan müəssisələrin, təşkilatların və kompaniyaların təmsil etdiyi hüquqi şəxslərə və eləcədə fiziki şəxslərə xidmət göstərir.  O, potensial və daimi müştərilərlə onları yeni sığorta müqaviləsi imzalamağa və mövcud müqavilənin müddətini uzatmağa inandırmaq və onların marağını cəlb etmək məqsədi ilə arqumentli – əsaslandırılmış söhbətlər aparır (həyat və sağlamlıq, daşınar və daşınmaz əmlak, biznes və ya kommersiya fəaliyyəti sığortası).

Agent müştərilər ilə iş prosesində müşahidə aparır və müştərinin qavrama, zehin, yaddaş, diqqət və davranış motivasiyasının xüsusiyyətlərini qiymətləndirir və sığorta xidmətinin təqdim olunması zamanı müştərilərlə qarşılıqlı anlaşmanı təmin edir. O, müştərinin sağlamlıq vəziyyətini, yaş, cins, təhsil, əmək fəaliyyəti stajı, maddi təminat səviyyəsi və müştərini xarakterizə edən digər subyektiv keyfiyyətləri nəzərə alaraq, sığorta xidməti ilə bağlı imzalanan müqavilənin risk dərəcələrini və meyarları müəyyən edir.

Sığorta müqavilələrini hazırlayır və rəsmiləşdirir, sığortaçı və sığortalanan arasında münasibətləri tənzimləyir, sığorta haqlarının qəbulunu həyata keçirir. Sığorta haqlarının hesablanmasında düzgünlüyü, sığorta müqaviləsinin imzalanması və onların etibarlı əllərdə saxlanılmasını təmin edir.

O, göstərilən sığorta xidmətlərinə marağın və tələbatın yaranmasında və formalaşmasında iştirak edir və bu zaman müxtəlif əhali təbəqələrinə mənəvi və maddi dəstəyinin güclənməsinə olan zərurəti, həmçinin rəqabət, bankrot, işsizlik və  baş verən digər, müasir sosial-iqtisadi proseslərlə balı risk ehtimallarının artmasını da nəzərə alır.  Müştərilərə sığortalanma şərtləri ilə bağlı təhrif olunmamış informasiya almaqda köməkçi olur.

Potensial sığortalananlarını və sığorta obyektlərinin müəyyən edilməsi və uçotunun aparılması ilə bağlı çalışır, sığorta obyektlərinin dəyərini qiymətləndirir. İmzalanmış müqavilələrin qüvvədə olduğu müddət ərzində sığorta xidmətlərinin təqdim olunması ilə bağlı üzərinə müqavilə öhdəlikləri götürmüş fiziki və hüquqi şəxslər ilə əlaqə saxlayır.

Sığortalanan şəxsə zərər dəydiyi vaxtda qiymətləndirmə həyata keçirir və zərərin miqdarını müəyyən edir. Bu zaman risk dərəcəsi və risk meyarları əsas götürülür. Sığorta haqlarının və sığorta ödənişlərinin həyata keçirilməsi, sığorta hadisəsi baş verdiyi halda müqavilənin şərtlərinə uyğun olaraq sığorta təzminatlarının ödənməsi ilə bağlı müştəri şikayətlərini və iradlarını araşdırır.

Onlar sığorta müqaviləsinin pozulması səbəblərini müəyyən edir və onların xəbərdar edilərək, aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir. Mənimsənilməmiş sığorta xidmətləri növlərini və onların inkişaf perspektivlərini öz praktikasında tətbiq edir və ya araşdırır. Tələblərə uyğun olaraq vaxtında lazımi sənədləri tərtib edir, uçot aparır və sığorta müqavilələrinin bağlanması ilə əlaqədar sənədlərin saxlanılmasını təmin edir. Digər sığorta agentləri ilə qarşılıqlı əlaqəni həyata keçirir.

Bilməlidirlər

Müvafiq qanunvericiliyi, sərəncamları, təlimatları, sığorta orqanlarının fəaliyyətini tənzimləyən digər ali sənədlər və materiallar; sığorta xidmətlərinin növləri və sığorta növlərinin şərtləri, regionla spesifik şərtləri nəzərə almaqla sığorta fəaliyyətinin inkişafının hüquqi əsasları; mövcud sosial təminat sistemini; sığorta xidmətləri ilə bağlı müqavilələrin imzalanması zamanı risk dərəcələrinin müəyyən edilmə metodları və dəymiş zərərin qiymətləndirilməsi ; bazar iqtisadiyyatının əsasları; psixologiyanın və əməyin təşkilinin əsasları, sığorta xidmətləri ilə bağlı müqavilələrin tərtibi və imzalanması qaydaları; əhali və təsərrüfat subyektlərinin sığortalanmasına dair yerli və xarici təşkilatların təcrübəsi; əmək qanunvericiliyinin əsasları; əməyin müdafiəsi norma və qaydaları.

İxtisas tələbləri

Orta peşəkar təhsil (ali təhsil) və müvafiq proqramlar üzrə xüsusi hazırlıq, təcrübə və iş stajı o qədər tələb olunmur.

Son xəbərlər
Digər xəbərlər