6 C
Baku
Sunday, January 19, 2025

Sığorta bazarı 18%-ə yaxın böyüyüb

Bu ilin yanvar-iyun ayları ərzində ölkənin 25 sığortaçısı tərəfindən 285,3 mln. manat sığorta haqqı hesablanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 42,950 mln. manat və ya 17,7% çoxdur.

Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 101,4 mln. manat təşkil edib. Bu da 2015-ci ilə nisbətən 10,1 % çoxdur.

Könüllü və icbari sığorta növləri üzrə həmçinin müsbət dinamika müşahidə olunub. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində könüllü sığorta növləri üzrə haqlar 15,54%, ödənişlər isə 4,93% artaraq, müvafiq olaraq 177, 1 və 75,1 mln. manat təşkil edib.
Həyat sığortası bazarında yığım 35%, ödəniş isə 1,2 dəfə artıb. Qeyri-həyat sığortası bazarında yığım 7,5% artıb, ödəniş isə 5% azalıb.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 35,5 manat ödəniş həyata keçirilib. Bu göstərici keçən ilin eyni dövrü üzrə 38 manat təşkil edib.

APA

Son xəbərlər
Digər xəbərlər