13 C
Baku
Friday, May 24, 2024

Sığorta bazarı ilə bərabər şikayətlərində sayı azalır

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın sığorta sahəsində ərizə və şikayətlərin orta aylıq sayı 75 ədədə enib, halbuki əvvəllər 100-dən artıq olub. Bu, həm maarifləndirmə, həm də ərizə və şikayətlərin vaxtında araşdırılması ilə bağlıdır. Bunu Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilov məlumat verib.

M.İsrafilov qeyd edib ki, şikayətlərin illik sayı 2014-cü ildə 1 170 ədəd olub ki, bunun da cəmi 20%-i əsaslı olub. Onun sözlərinə görə, bu il isə şikayətlərin illik sayı əsassızlar da daxil olmaqla 1 000-ə düşəcək: “Sığorta sahəsində şikayətlər daim olur. Bu sahədə statistika ildən ilə yaxşılaşır. Adətən, şikayətlərin 80%-i əsassız və cəmi 20-25% əsaslı olur”.

DSNX rəsmisi, həmçinin “Audatex Azerbaijan” şirkətinin fəaliyyətə başlaması ilə qiymətləndirmədəki narazılıqlara son qoyulacağını vurğulayıb. Onun sözlərinə görə, bu sistem qiymətləndirmə sahəsindəki məsələləri tənzimləyəcək və bu sahəsə şəffaflığı artıracaq.

Qeyd edək ki, “Audatex Azerbaijan” şirkətinin təqdim etdiyi proqram təminatının oktyabrın 1-dən etibarən İcbari Sığorta Bürosunun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərən iştirakçı sığortaçılarının istifadəsinə verilməsi planlaşdırılır.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər