27 C
Baku
Saturday, July 20, 2024

Sığorta bazarında ən çox ödəniş edən şirkətlər – Renkinq

Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin mart ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.

2022-ci ilin mart ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 17 milyon 181 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə “Paşa Həyat Sığorta”dır (14 milyon 359 min manat).

Üçüncü yerdə 6 milyon 352 min manat olmaqla “Dövlət Sığorta Kommersiya” sığorta şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Xalq Sığorta” şirkəti 5 milyon 701 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Atəşgah Həyat Sığorta” şirkətidir – 2 milyon 835 min manat.

Ötən il ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Naxçıvansığorta” (87 min manat), “İpək Yolu Sığorta ” (16 min manat) və  “Xalq Həyat Sığorta”  (5 min manat) olub. “Meqa Həyat Sığorta” isə sığorta ödənişi həyata keçirməyib.

Sığortaçının adı

 Sığorta ödənişləri (2022-ci il mart), min manat 

Paşa Sığorta                            17.181
Paşa Həyat Sığorta                            14.359
Dövlət Sığorta Kommersiya Şirkəti                              6.352
Xalq Sığorta                              5.701
Atəşgah Həyat Sığorta Şirkəti                              2.835
Atəşgah Sığorta Şirkəti                              2.760
A-Qroup Sığorta Şirkəti                              2.753
AtaSığorta                              1.775
AzSığorta                              1.704
Qala Sığorta                              1.308
Meqa Sığorta                              1.208
Günay Sığorta                              1.036
Azərbaycan Sənaye Sığorta                                 971
Bakı Sığorta                                 586
Qala Həyat Sığorta Şirkəti                                 473
Aqrar Sığorta                                 119
Naxçıvansığorta                                    87
İpək Yolu Sığorta                                    16
Xalq Həyat Sığorta Şirkəti                                      5
Meqa Həyat Sığorta                                     –
Son xəbərlər
Digər xəbərlər