Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin aprel ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.
2022-ci ilin aprel ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 24 milyon 905 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə “Paşa Həyat Sığorta”dır (23 milyon 898 min manat).
Üçüncü yerdə 8 milyon 470 min manat olmaqla “Dövlət Sığorta Kommersiya” sığorta şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Xalq Sığorta” şirkəti 7 milyon 938 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Atəşgah Həyat Sığorta” şirkətidir – 6 milyon 923 min manat.
Sığortaçının adı | Sığorta ödənişləri (2022-ci il aprel), min manat |
Paşa Sığorta | 24,905 |
Paşa Həyat Sığorta | 23,898 |
Dövlət Sığorta Kommersiya Şirkəti | 8,470 |
Xalq Sığorta | 7,938 |
Atəşgah Həyat Sığorta Şirkəti | 6,923 |
A-Qroup Sığorta Şirkəti | 4,200 |
Atəşgah Sığorta Şirkəti | 3,897 |
AzSığorta | 2,395 |
AtaSığorta | 2,344 |
Meqa Sığorta | 1,955 |
Qala Sığorta | 1,816 |
Günay Sığorta | 1,454 |
Azərbaycan Sənaye Sığorta | 1,434 |
Bakı Sığorta | 795 |
Qala Həyat Sığorta Şirkəti | 550 |
Aqrar Sığorta | 143 |
Naxçıvansığorta | 135 |
Xalq Həyat Sığorta Şirkəti | 131 |
İpək Yolu Sığorta | 34 |
Meqa Həyat Sığorta | – |